QR CodeQR Code

ABŞ-da etirazlar daha da şiddətlənib

17 Aug 2014 09:22

IslamTimes - ABŞ-ın Missuri ştatının Ferqyuson şəhərində 18 yaşlı qaradərili gəncin polis tərəfindən qətlə yetirilməsi səbəbindən baş vermiş kütləvi iğtişaşlara görə şəhərdə fövqəladə vəziyyət və komendant saatı elan edilib.


APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, müvafiq fərman Missuri ştatının qubernatoru Cey Nikson tərəfindən imzalanıb.
Qeyd olunan rezonanslı insident Sent Luis şəhərinin ətrafında kütləvi aksiyalara səbəb olub. Məlumata görə, dükanda oğurluq etmiş gənc polisə heç bir müqavimət göstərməyib. Əksinə, ölümündən əvvəl o, əllərini yuxarı qaldıraraq polisdən atəş açmamağı xahiş edib. Buna baxmayaraq, asayiş keşikçisi, hələlik məlum olmayan səbəbdən atəş açaraq gənci qətlə yetirib.


Story Code: 405187

News Link :
https://www.islamtimes.org/az/news/405187/abş-da-etirazlar-daha-şiddətlənib

Islam Times
  https://www.islamtimes.org