QR CodeQR Code

MAQATE rəhbəri İrana gedir

Nur.az , 17 Aug 2014 09:33

İslamtimes - Atom Enerjisi Təşkilatının (MAQATE) sədri Yukia Amano bu gün İrana səfər edəcək.


Səfər çərçivəsində o bir çox ölkə rəsmisi ilə görüşəcək. Səfər İran və MAQATE arasında əlaqələrin möhkəmləndirilməsi üzrə səylərin bir hissəsi kimi dəyərləndirilir.

Avqustun axırında MAQATE və İran arasında nüvə proqramı sənədlərinin açılmasında gəldikləri 3 aylıq razılaşma müddəti sona çatır.

Xatırladaq ki, iyulun ortalarında ABŞ prezidenti Barak Obama bəyan edib ki, “altılıq”la 4 aylıq danışıqların aparılması müddətində İran əlavə 2,8 milyard follar dondurulmuş aktivlərini alacaq. Bundan əlavə Avropa İttifaqı İrana qarşı sanksiyaların qarşısının alınması qərarını 24 noyabra qədər uzadıb.


Story Code: 405191

News Link :
https://www.islamtimes.org/az/news/405191/maqate-rəhbəri-irana-gedir

Islam Times
  https://www.islamtimes.org