0
Sunday 17 August 2014 - 09:42

Putin Nazarbayevlə Qarabağı müzakirə edib

Story Code : 405193
Putin Nazarbayevlə Qarabağı müzakirə edib
Putin Nazarbayevlə Qarabağı müzakirə edib
Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev arasında telefon danışığı baş tutub.
ANS PRESS-in məlumatına görə, telefon danışığı zamanı V.Putin N.Nazarbayevə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan prezidentləri ilə Soçi görüşünün nəticələri barədə məlumat verib.

Tərəflər mövcud məsələləri müzakirə ediblər. Hər iki prezident Qərbin Rusiyaya qarşı sanksiyalarını və Moskvanın cavab addımlarını, o cümlədən onların mümkün nəticələrini müzakirə edib.

Bundan başqa, Ukraynanın cənub-şərqindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Belarus prezidenti Aleksandr Lukaşenkonun təklifinə uyğun olaraq cari ilin üçüncü dekadasında Gömrük İttifaqına üzv ölkələrin və Ukraynanın görüşünün keçirilməsi ehtimalı təsdiq olunub.

Telefon danışığının sonunda dövlət başçıları iki dövlət arasında ikitərəfli əməkdaşlığın bir sıra məsələlərini müzakirə ediblər.
Source : Ans
Comment