QR CodeQR Code

İran prezidenti MAQATE-nin baş direktoru ilə görüşdü

17 Aug 2014 22:26

IslamTimes - Yokio Amano İrana nüvə proqramındakı şəffaf mövqeyinə görə təşəkkürünü bildirib.


Avqustun 17-də İran İslam Respublikasının prezidenti Həsən Ruhani Tehranda səfərdə olan Beynəlxalq Atom Enerjisi Təşkilatının (MAQATE) baş direktoru Yokio Amanonu qəbul edib.
ANS PRESS xəbər verir ki, İran prezidenti bildirib ki, ölkəsi daim beynəlxalq qanunlara hörmətlə yanaşır. Rəsmi Tehran nüvə proqramı ilə əlaqədar Qərb ölkələri ilə müzakirələri davam etdirəcək. Bununla yanaşı, İran sülh məqsədlər üçün uranın zənginləşdirilməsini də davam etdirəcək.
Prezident ümidvar olduğunu qeyd edib ki, İranın nüvə fəaliyyəti ilə bağlı bəzi əsassız şübhələrin aradan qaldırılmasında MAQATE köməkliyini əsirgəməyəcək.
Y.Amano isə bildirib ki, rəhbərlik etdiyi təşkilatla İran arasında aparılan danışıqlar müsbət nəticələr verib. O İrana nüvə proqramındakı şəffaf mövqeyinə görə təşəkkürünü bildirib.
Görüşdə İranın nüvə proqramı ilə əlaqədar fikir mübadiləsi aparılıb.


Story Code: 405282

News Link :
https://www.islamtimes.org/az/news/405282/iran-prezidenti-maqate-nin-baş-direktoru-ilə-görüşdü

Islam Times
  https://www.islamtimes.org