QR CodeQR Code

AI: "ABŞ-ın digər dövlətlərə dərs keçməyə haqqı yoxdur"

21 Aug 2014 09:30

IslamTimes - "Amnesty International" təşkilatı ABŞ-ın Missuri ştatının Ferguson şəhərinə müşahidəçilərdən ibarət bir qrup göndərib.


ABŞ-ın Missuri ştatında on gündür ki, polis və etirazçılar arasında qanlı toqquşmalar səngimək bilmir.
"Amnesty International" təşkilatı rəsmi "Twitter" səhifəsində yerləşdirdiyi bəyanatda bildirilir ki, ABŞ digər dövlətləri polisin işinin yaxşılaşdırılması mövzusunda dərs keçməyə haqqı yoxdur. ABŞ ilk növbədə bu sahədə öz göstəricələrini yaxşılaşdırmalıdır.
Xatırladaq ki,  Missuri ştatının Ferguson şəhərində polis 18 yaşlı qaradərili gənci qətlə yetirdikdən sonra, bu şəhərdə kütləvi etiraz aksiyaları səngimək bilmir. Polis və etirazçılar arasında şiddətli toqquşmalar baş verir. Polis 57 etirazçını həbs edib. Polis etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələr istifadə edib. Toqquşmalar nəticəsində onlarla insan xəsarət alıb.


Story Code: 405899

News Link :
https://www.islamtimes.org/az/news/405899/ai-abş-ın-digər-dövlətlərə-dərs-keçməyə-haqqı-yoxdur

Islam Times
  https://www.islamtimes.org