0
Friday 22 August 2014 - 12:14

Poroşenko Merkel ilə görüşü zamanı sülh barədə danışıqlar aparmaq niyyətindədir

Story Code : 406090
Poroşenko Merkel ilə görüşü zamanı sülh barədə danışıqlar aparmaq niyyətindədir
APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, Poroşenko ötən gün Nikolayev şəhərində çıxışı zamanı AB-nin üç nümayəndəsi ilə birlikdə Minskə sülh barədə danışıqlar aparmaq üçün səfər edəcəyini qeyd edib.  
Poroşenkonun sözlərinə görə, o, görüşdə Rusiya yönümlü silahlıların Ukraynadan çıxarılmasını tələb edəcək. “Ukrayna sülh istəyir, bütün dünya artıq münaqişələrdən yorulub”, deyə o bildirib.   
Qeyd edək ki, avqustun 26-da Ukrayna, Rusiya, Belarus, Qazaxıstan prezidentləri və AB nümayəndələrinin görüşü keçiriləcək.  
Tədbir çərçivəsində Pyotr Poroşenkonun Rusiya prezidenti Vladimir Putin ilə təkbətək görüşü gözlənilir.
Comment