0
Sunday 17 October 2010 - 09:02

Türkiyə lideri İsraili üzr istəməyə çağırdı

Story Code : 40618
Türkiyə lideri İsraili üzr istəməyə çağırdı
Türkiyə lideri İsraili üzr istəməyə çağırdı
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Ərdoğan deyib ki, əgər İsrail bu növ addımlar atmasa onda özünü Yaxın Şərqdə təcrid olunmuş dövlət olaraq saxlayacaq. O, İsraili dövlət terrorizmi həyata keçirməkdə ittiham edib. May ayında Mavi Mərmərə adlı gəmiyə reyd zamanı İsrail kommandosları səkkiz türk və bir türk-amerikalı fəalı qətlə yetiriblər. İsrail qüvvələrin özünümüdafiə tədbiri olaraq atəş açdığını deyir. Bir neçə gün bundan öncə Fələstin fəallarının türk vəkilləri reydə görə İsraili müharibə cinayətlərində ittiham edərək Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib. Bu məhkəmə işi Türkiyə ilə İsrail arasında kəskinləşmiş münasibətləri yenidən gündəmə gətirib.
Comment