QR CodeQR Code

"Hizbullah" və "Amal" Əhmədinejada təşəkkür ediblər

17 Oct 2010 09:20

IslamTimes - "Hizbullah" və "Amal" hərəkatları birgə bəyanatlarında İran Prezidenti Mahmud Əhmədinejada Livana səfər etdiyi və Livan xalqını dəstəklədiyi üçün təşəkkür edib və bu səfəri iki ölkə arasında möhkəm münasibətlər üçün bir "əlamət" adlandırıblar.


Əhmədinejad Livana ikigünlük rəsmi səfəri başa çatmazdan əvvəl "Hizbullah"ın baş katibi Həsən Nəsrullah ilə görüşüb. Görüş zamanı İran Prezidentinin Livana səfərinin yekunları müzakirə olunub.
Əhmədinejad Livan Prezidenti Mişel Süleymanın dəvəti ilə baş tutan ikigünlük səfəri zamanı ölkənin ali rəhbərliyi, siyasi liderləri, universitetlərin akademik və tələbələri ilə görüşüb, Beyrutda və Livanın cənubunda Livan xalqı qarşısında çıxış edib.


Story Code: 40619

News Link :
https://www.islamtimes.org/az/news/40619/hizbullah-və-amal-əhmədinejada-təşəkkür-ediblər

Islam Times
  https://www.islamtimes.org