0
Saturday 23 August 2014 - 09:31

İŞİD baş kəsməyi ondan öyrəndi

Story Code : 406209
İŞİD baş kəsməyi ondan öyrəndi
ABŞ-lı jurnalist Ceyms Fouli son 12 ildə terrorçular tərəfindən öldürülən ilk Qərbli müxbir olub.
 
ANS PRESS-in məlumatına görə, “Wall Street Journal”ının müxbiri Daniel Perl 2002-ci ildə “Əl-Qaidə” tərəfindən Pakistanda başı kəsilərək öldürülmüşdü. “Əl-Qaidə”də baş kəsərək öldürmək üsulunu geniş yayan isə həmin təşkilatın İraq qolunun lideri Əbu Müsab Əl-Zərqavidir.
 
Tutduqları xarici əsirlərin başını şəxsən özü kəsdiyi üçün ona “qətliam şeyxi” təxəllüsü veriblər. Bundan başqa, öldürülməli olan əsirlərə Quantanamo həbsxanasına aid narıncı paltarları geyindirmək fikri də ona aiddir.
 
2005-ci ildə “Əl-Qaidə”nin o vaxtkı iki nömrəli lideri Əymən Əl-Zəvahiri də Zərqaviyə yazdığı məktubda başkəsmə videolarına son qoymağını istəyərək, “müsəlmanların bundan heç də xoşu gəlməz”, demişdi.
 
Qeyd edək ki, “İslam Dövləti” (İŞİD) terror qruplaşması da məhz Zərqavinin İraqda lideri olduğu “əl-Qaidə” qruplaşmasının içində formalaşıb.
Comment