QR CodeQR Code

Liviyada yaraqlılar Tripoli beynəlxalq hava limanını ələ keçiriblər

24 Aug 2014 08:21

IslamTimes - Liviya silahlıları paytaxt Tripolinin beynəlxalq hava limanını ələ keçirdiklərini bəyan ediblər.


APA TV-nin məlumatına görə, silahlılar hava limanını tam nəzarətə götürüblər, aeroport yaxınlığındakı strateji "Ən Nəqliyyə" düşərgəsini də tutublar. Tripoli hava limanı ətrafında döyüşlər ötən aydan davam edirdi. Avqustun 13-dən aeroport fəaliyyətini tam dayandırmışdı.
Liviya parlamenti mülki əhalinin qorunması üçün BMT Təhlükəsizlik Şurasına müraciət edib. Millət vəkillərindən biri deyib ki, müraciət BMT-yə çatsa da, bununla bağlı qərarın nə vaxt veriləcəyi hələlik məlum deyil.
Qeyd edək ki, Liviya parlamenti avqustun 13-də keçirilən toplantıda dövlət qurumlarının və mülki əhalinin qorunması üçün beynəlxalq müdaxilə təklifini səsverməyə çıxarmışdı. 124 millət vəkilindən 111-i beynəlxalq müdaxilənin lehinə səs vermişdi.


Story Code: 406374

News Link :
https://www.islamtimes.org/az/news/406374/liviyada-yaraqlılar-tripoli-beynəlxalq-hava-limanını-ələ-keçiriblər

Islam Times
  https://www.islamtimes.org