QR CodeQR Code

Almaniya Türkiyəni 1976-cı ildən dinləyirmiş

24 Aug 2014 08:29

IslamTimes - Almaniyanın Federal Kəşfiyyat İdarəsinin (BND) 1976-ci ildən bəri Türkiyəni izlədiyi ortaya çıxıb.


Axar.az xəbər verir ki, bu iddia ilə Almaniyanın “Fokus” jurnalı çıxış edib. Jurnalın verdiyi məlumata görə, BND-ə 1976-cı ildə Türkiyəni izləmək təlimatını kansler Helmut Şmit verib. Jurnal onu da bildirib ki, indiki hökumət tərəfindən dinləmələr Kansler İdarəsinin, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və İqtisadiyyat Nazirliyi nümayəndələrinin verdiyi qərar əsasında aparılıb. 
Xatırladaq ki, Almaniyanın Türkiyəni dinlədiyi barədə iddiası ilə ilk dəfə “Spigel” jurnalı çıxış etmişdi.


Story Code: 406376

News Link :
https://www.islamtimes.org/az/news/406376/almaniya-türkiyəni-1976-cı-ildən-dinləyirmiş

Islam Times
  https://www.islamtimes.org