QR CodeQR Code

Tehran Bakı ilə əməkdaşlığı genişləndirir

24 Aug 2014 11:20

IslamTimes - İranın Xəzər Kəşfiyyat və Hasilat şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti neft hasilatı sahəsində əməkdaşlıq edəcəklər.


Axar.az xəbər verir ki, bu barədə İran Xəzər Kəşfiyyat və Hasilat şirkətinin icraçı direktoru Əli Osuli bildirib. Onun sözlərinə görə, ARDNŞ-nin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin Tehrana səfəri zamanı bununla bağlı razılaşma əldə edilib.
 
Ə.Osulinin sözlərinə görə, ARDNŞ-lə imzalanan Anlaşma Memorandumunda tərəflərin beynəlxalq neft və qaz layihələrində birgə fəaliyyəti də nəzərdə tutulur.
 
Xatırladaq ki, İranın Xəzər Kəşfiyyat və Hasilat şirkətinin dəvəti ilə qonşu ölkəyə səfərə gedən ARDNŞ nümayəndə heyəti burda bir sıra görüşlər keçirmişdi və avqustun 20-də tərəflər arasında Anlaşma Memarandumu imzalanmışdı.


Story Code: 406379

News Link :
https://www.islamtimes.org/az/news/406379/tehran-bakı-ilə-əməkdaşlığı-genişləndirir

Islam Times
  https://www.islamtimes.org