QR CodeQR Code

Fransada hakimiyyət böhranı

25 Aug 2014 15:26

IslamTimes - Fransada Baş nazir Manuel Vols prezident Fransua Ollanda hökumətin istefasını təqdim edib.


Axar.az xəbər verir ki, istefanı qəbul edən Olland Baş nazirdən yeni hökuməti qurmasını istəyib.
Prezident iqamətgahından edilən açıqlamada belə yazılıb: “Baş nazir hökumətin istefasını prezidentə təqdim edib. Prezident isə Baş nazirdən ölkə mənfəətlərini qoruyan yeni hökumətin qurulmasını istəyib”.
Açıqlamada yeni kabinetin sabah açıqlanacağı qeyd edilib.
Xatırladaq ki, aprel ayında qurulan Manuel Vols hökuməti 147 gün iqtidarda oldu. Fransada hökumət iqtisadi siyasət mövzusunda kabinet içində ortaya çıxan anlaşılmazlıqlardan sonra istefa verib.


Story Code: 406605

News Link :
https://www.islamtimes.org/az/news/406605/fransada-hakimiyyət-böhranı

Islam Times
  https://www.islamtimes.org