QR CodeQR Code

Ayətullah Sistanidən çağırış

25 Aug 2014 16:33

IslamTimes - Ayətullah Sistani İŞİD terror təşkilatı qarşısında ölkəni müdafiə etməyin və qorumağın böyük bir fəxr olduğunu bildirərək, bütün iraqlıları bu terror təşkilatına qarşı mübarizəyə çağırdı.


Press TV-nin xəbərinə görə, Ayətullah Sistaninin nümayəndəsi İraqın müqəddəs Kərbəla şəhərində oxuduğu xütbədə, IŞİD terror təşkilatının muhasirəsində olan Əmirli şəhərindəki 18 min iraqlının üzləşdiyi çətin vəziyyətdən Ayətullah Sistaninin narahatçılıq keçirdiyini qeyd edib.
 
Bağdadın 180 kilometr şimalında şiə türkmənlərin yaşadığı kiçik Əmirli şəhəri, iki aya yaxın bir müddətdir ki, IŞİD terror təşkilatının mühasirəsi altındadır.
 
Digər tərəfdən, İŞİD terror təşkilatının son bir neçə gündə İraqın şimalında yüzlərlə yezidi kürdü öldürdüyü də qeyd olunub.
 
Ayətullah Sistani həmçinin, İraq məclisi üzvlərindən İraqın baş naziri postuna namizəd Heydər əl-İbadiyə yeni hökumətin təşkil olunmasına kömək etmələrini xahiş edib. /Deyerler/


Story Code: 406617

News Link :
https://www.islamtimes.org/az/news/406617/ayətullah-sistanidən-çağırış

Islam Times
  https://www.islamtimes.org