0
Wednesday 27 August 2014 - 10:58

Əfqanıstanda ABŞ əsgərləri öldürüldü

Story Code : 406873
Əfqanıstanda ABŞ əsgərləri öldürüldü
Axar.az xəbər verir ki, Taliban sözçüsü Kari Yusif Əhmədi və Zabihullah Mücahid terror təşkilatına yaxın saytlarının birində avqustun 25-də Taliban qüvvələrinin ABŞ və əfqan polislərinə silsilə hücum təşkil etdiyini bildiriblər.
 
Edilən açıqlamada ilk hücumun Əfqanıstanın Nangarhar vilayətinin mərkəzi Cəlalabadda baş tutduğu qeyd edilib. Təşkil edilən hücumda 6 ABŞ əsgəri və 1 tərcüməçinin öldüyü açıqlanıb. Hadisədən sonra bölgədə təhlükəsizlik tədbirlərinin görüldüyü və ölülərini götürmək üçün bölgəyə ABŞ-a aid vertolyotun eniş etdiyi bildirilib.
 
Digər hücumun isə İslam Əmirliyi Mücahidləri (Taliban) tərəfindən Əfqanıstanın Helmand əyalətinin Sanqin mahalında vəzifəsini yerinə yetirən əfqan təhlükəsizlik qüvvələrinin olduğu nöqtəyə təşkil edildiyi açıqlanıb. Təşkil edilən hücumda 15 əfqan polisin öldürüldüyü, bir çoxunun yaralandığı bildirilib.
Comment