QR CodeQR Code

Əfqanıstanda ABŞ əsgərləri öldürüldü

27 Aug 2014 10:58

IslamTimes - Əfqanıstanda ABŞ əsgərləri və əfqan polislərinə Taliban qüvvələri tərəfindən hücum təşkil edilib.


Axar.az xəbər verir ki, Taliban sözçüsü Kari Yusif Əhmədi və Zabihullah Mücahid terror təşkilatına yaxın saytlarının birində avqustun 25-də Taliban qüvvələrinin ABŞ və əfqan polislərinə silsilə hücum təşkil etdiyini bildiriblər.
 
Edilən açıqlamada ilk hücumun Əfqanıstanın Nangarhar vilayətinin mərkəzi Cəlalabadda baş tutduğu qeyd edilib. Təşkil edilən hücumda 6 ABŞ əsgəri və 1 tərcüməçinin öldüyü açıqlanıb. Hadisədən sonra bölgədə təhlükəsizlik tədbirlərinin görüldüyü və ölülərini götürmək üçün bölgəyə ABŞ-a aid vertolyotun eniş etdiyi bildirilib.
 
Digər hücumun isə İslam Əmirliyi Mücahidləri (Taliban) tərəfindən Əfqanıstanın Helmand əyalətinin Sanqin mahalında vəzifəsini yerinə yetirən əfqan təhlükəsizlik qüvvələrinin olduğu nöqtəyə təşkil edildiyi açıqlanıb. Təşkil edilən hücumda 15 əfqan polisin öldürüldüyü, bir çoxunun yaralandığı bildirilib.


Story Code: 406873

News Link :
https://www.islamtimes.org/az/news/406873/əfqanıstanda-abş-əsgərləri-öldürüldü

Islam Times
  https://www.islamtimes.org