QR CodeQR Code

Moskvada Putin əleyhinə aksiya keçiriləcək

17 Oct 2010 17:37

IslamTimes - Moskva meriyası şəhərdə ölkə hakimiyyətinə qarşı kütləvi mitinqin keçirilməsinə razılıq verib.


Məlumata görə, mitinqdə məhz Rusiya baş naziri Vladimir Putinin istefaya getməsi tələb ediləcək, - “Vesti” xəbər verir.
“Vladimir Putin istefaya getsin” şüarlı mitinq razılaşmaya görə, oktyabrın 23-də Moskvanın mərkəzində Puşkinski meydanında keçiriləcək. Mitinqin təşkilatçıları arasında “OQF” partiyası, “Həmrəylik” partiyasının Moskva bölməsinin üzvləri və digər təşkilatların üzvləri də var. /Deyerler/


Story Code: 40689

News Link :
https://www.islamtimes.org/az/news/40689/moskvada-putin-əleyhinə-aksiya-keçiriləcək

Islam Times
  https://www.islamtimes.org