0
Sunday 17 October 2010 - 18:10

ABŞ ordusu yeni rüsvayçılıqla üzləşib

Story Code : 40697
ABŞ ordusu yeni rüsvayçılıqla üzləşib
ABŞ ordusu yeni rüsvayçılıqla üzləşib
Aldığımız məlumata əsasən, ABŞ-ın Əfqanıstanda törətdiyi rüsvayçılıqlardan minlərlə sənədi yaydıqdan sonra, Vicy Liks internet saytı bu dəfə həbsdə olan iraqlıların təhqir olunmasını göstərən bir neçə videoçarxı öz veb səhifəsində yerləşdirib.

Vicy Likes bu videoçarxları keçmiş amerikalı zabit Atan Mak Kordon blokundan götürdüyünü iddia edir.

Bu ilk dəfə deyil ki, Mak Kord öz həmkarlarının zorakılığını ifşa edir. O, keçən ay dostlarının iraqlıları təhqir etməsi haqda ifadə vermişdi.

Videoların birində iraqlı şəxs gözü bağlı olduğu halda bir amerikalı hərbiçinin qarşısında ağlayır. Lakin amerikalı dəniz piyadası onu təhqir eədərk həbslə hədələyir.

Başqa videoda isə bir hərbiçi iraqlı məhbusları təhqir əlaməti olaraq döyür və sonra uca səslə oxuyur.

Başqa videolarda isə İraq vətəndaşlarını işgəncə etməklə hərbiçilərin əyləndiyi göstərilir.
Source : IRIB
Comment