0
Saturday 30 August 2014 - 10:58

Separatçılar Ukraynanın dörd qırıcısını vurdu

Story Code : 407348
Separatçılar Ukraynanın dörd qırıcısını vurdu
ANS PRESS-in məlumatına görə, onlardan biri Luqansk Xalq Respublikasının ərazisində üçü isə Donetsk Xalq Respublikasının ərazisində vurulub.
DXR-nın Baş naziri Aleksandr Zaxarçenkonun sözlərinə görə, bütün təyyarələr gecə zenit raket kompleksləri tərəfindən vurulub. İki qırıcı yığma qoşun döyüşçülərinin mövqelərindən getməyi DXR ordusunun nəzarət etmədiyi Mariupol yaxınlığında yerə düşməyi bacarıb.
Bu haqda Rusiya mətbuatı məlumatına görə, bu gün vurulmuş dörd qırıcını da nəzərə alaraq Ukrayna ordusu artıq cənub-şərqdə münaqişə zamanı 25 ədəd "Su-25" itirib. Təsdiq edilməmiş məlumatlara görə, hərbi əməliyyatın başlanğıcında Ukraynanın ordusunda döyüş növbəsində təxminən 35 ədəd "Su-25" və onun modifikasiyaları var idi.
Ukrayna Müdafiə Nazirliyi bu modeldən yalnız altı qırıcısını itirdiyini təsdiq edib. Ukrayna aviasiyasının Donetsk ərazisində əməliyyatlar zamanı toplam olaraq təsdiq edilmiş itkiləri təxminən 20 maşın təşkil edir: onların arasında iki qırıcı "Miq-29", bir cəbhə bombardmançısı "Su-24",bir "İl-76" və "An-30", dörd çoxməqsədli "Mi-8" vertolyotu və dörd "Mi-24".
Comment