QR CodeQR Code

AB-dən Rusiyaya sanksiya, Ukraynaya isə silah

31 Aug 2014 03:27

IslamTimes - “Avropa Birliyinə üzv ölkələrin böyük əksəriyyəti Rusiyaya qarşı yeni sektorial sanksiyaların tətbiq olunmasını dəstəklədilər".


Axar.az-ın Ukrayna mətbuatına istinadən xəbərinə görə, bu barədə Brüsseldə keçirdiyi brifinqdə Ukrayna Prezidenti Pyotr Poroşenko deyib. Dövlət başçısı bildirib ki, Avropa Birliyi həmçinin ölkəsinə maliyyə dəstəyi göstərəcək:
“Qurum yaxın günlərdə 1 milyard avro kredit verilməsini məqbul saydı. Bundan başqa, qurum cari ilin sonlarında Ukraynaya 250 milyon avronun hədiyyə edilməsini nəzərdə tutur. Təşkilat həmçinin ölkəmizə hərbi-texniki yardım, müasir silahlar da verəcək".
Poroşenko diqqətə çatdırıb ki, bütün bunların nəticəsində Ukrayna ordusunun döyüş qabiliyyəti yüksək səviyyəyə gələcək.


Story Code: 407468

News Link :
https://www.islamtimes.org/az/news/407468/ab-dən-rusiyaya-sanksiya-ukraynaya-isə-silah

Islam Times
  https://www.islamtimes.org