0
Monday 18 October 2010 - 10:54

Almaniya prezidenti Türkiyəyə gəlir

Story Code : 40747
Almaniya prezidenti Türkiyəyə gəlir
Almaniya prezidenti Türkiyəyə gəlir
Almaniya prezidenti Kristian Vulf bu gün axşam Türkiyəyə gəlir. Prezident Abdulla Gülün rəsmi dəvəti əsasında həyata keçirilən səfər oktyabrın 22-dək davam edəcək. Vulf Ankara və İstanbulla yanaşı, Kayseri, Kapadokya və Tarsusu da ziyarət edəcək. Almaniya prezidentini səfərdə Almaniyanın 15 önəmli şirkətinin rəhbəri müşayiət edəcək.
Bu, 2000-ci ilin aprelindən sonra bir Almaniya prezidentinin Türkiyəyə ilk səfəridir. 2000-ci ildə o zamankı prezident Yohannes Rau Ankaraya səfər etmişdi.
Kristian Vulf prezident Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Daha sonra Gül və Vulf Kayseri və İstanbulda birlikdə olacaqlar.
İki prezident həftənin üçüncü günü Türkiyə və Almaniya iş adamlarının iştirakı ilə Kayseridə keçiriləcək biznes forumda iştirak edəcək. Daha sonra həyat yoldaşı Bettina ilə Kapadokyadakı kilsələri ziyarət edəcək Vulf həmin günün axşamı Adanaya keçəcək. Almaniya prezidenti Tarsusdakı Sant Paul kilsəsini ziyarət edəcək. Vulf səfərinin son dayanacağı İstanbulda Rum Fənər Partiki Bartolemeus ilə görüşəcək və Aya İrini kilsəsində konsertə baxacaq.
Cümə günü isə prezidentlər Gül və Vulfun iştirakıyla Almaniya səfirliyinin Tarabyadakı iqamətgahında nahar yeməyi veriləcək. Bu yeməyə tanınmış iş adamları və sənətçilər də daxil olmaqla, az sayda seçkin qonaq dəvət edilib. İstanbulda almanca danışan tələbələrlə də görüşü planlaşdırılan Vulf eyni zamanda bir biznes forumunda iştirak edəcək.
Vulfun səfərində diqqət çəkən başqa bir tədbir isə almanların böyük əhəmiyyət verdiyi, Beykozda qurulacaq Türk-Alman Universitetinin təməlqoyma mərasimi olacaq. Almaniya prezidenti və onu müşayiət edən heyət cümə günü Türkiyədən ayrılacaq. /trt/
Comment