QR CodeQR Code

"Təyyarənin hava məkanına buraxılmaması münasibətlərə təsir edəcək"

31 Aug 2014 11:55

IslamTimes - Sergey Narışkin: “Müdafiə nazirimizin təyyarəsinə qarşı Polşanın etdiyi hərəkət iki dövlət arasındakı münasibətlərə təsir edəcək”.


APA-nın “RİA Novosti”yə istinadən məlumatına görə, bunu Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin “Russia Today” kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, ötən gün Slovakiyadan qayıdan Rusiya müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə Polşa hava məkanından uçmağa icazə verilməməsi Moskvada hiddətlə qarşılanıb: “Bu insident hər kəsdə, o cümlədən məndə təəccüb doğurur. Əgər bizim polşalı həmkarlarımız bu qərarı Ukraynadakı vəziyyətə görə veriblərsə, nəticə etibarilə münaqişənin həllinə heç bir müsbət təsiri olmayacaq, əksinə, Rusiya ilə Polşa arasındakı münasibətlərə təsir edəcək”.
Rusiya XİN də bəyan edib ki, Varşavanın rusiyalı nazirin təyyarəsinə qarşı göstərdiyi münasibət beynəlxalq normaların və etik qaydaların kobud pozulmasıdır və Rusiya tərəfindən cavabsız qalmayacaq.


Story Code: 407471

News Link :
https://www.islamtimes.org/az/news/407471/təyyarənin-hava-məkanına-buraxılmaması-münasibətlərə-təsir-edəcək

Islam Times
  https://www.islamtimes.org