QR CodeQR Code

Türkiyədə yeni Gülən izləri

Ans , 31 Aug 2014 15:09

İslamtimes - Türkiyənin müxtəlif vilayətlərindəki Türkiyə bayraqlarının endirilməsində Fətullah Gülənə məxsus olduğu iddia edilən "paralel hökumət" qruplaşması üzvlərinin əli olduğu məlum olub.


Bu barədə Türkiyə mətbuatında xəbərlər yayılıb. Xəbərlərdə qeyd olunub ki, başda Diyarbəkir olmaqla Türkiyənin digər bölgələrində həyata keçirilən bayraq endirmə, terrorçu heykəli aksiyalarının arxasında "paralel hökumət" qruplaşmasının üzvləri durur.

Türkiyə Ədliyyə Nazirliyinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, sözügedən qruplaşma üzvləri ölkədəki hökuməti çətin vəziyyətə salmaq üçün müxtəlif planlar hazırlayıblar.

PKK-nın biri qolu olan TAK-ın "Paralel hökumət" qruplaşmasının yeni müttəfiqi olduğu bildirilir./ans/


Story Code: 407551

News Link :
https://www.islamtimes.org/az/news/407551/türkiyədə-yeni-gülən-izləri

Islam Times
  https://www.islamtimes.org