QR CodeQR Code

Sergey Lavrov: "Moskva Qərbin sanksiyalarına cavab verməyə borcludur"

1 Sep 2014 14:43

IslamTimes - “Moskva Qərbin sanksiyalarına cavab verməyə borcludur”.


APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində yeni dərs ilinin başlanması münasibəti ilə tələbələr önündə çıxışında bildirib.
"Bizim işgüzar dairələr üçün ədalətsiz şərait yaradılanda, Rusiya bazarında kənd təsərrüfatı istehsalçılarının mövqeyinə ziyan vurulanda sanksiyalara cavab verməyə borcluyuq. "Rosselxozbank”a sanksiya qoyublar və bu səbəbdən kənd təsərrüfatı istehsalçılarının kredit almaq üçün yaxşı şəraitləri olmayacaq", - deyə Rusiya XİN başçısı bildirib.
S.Lavrovun sözlərinə görə, bütün hallarda buna cavab vermək lazımdır: "Lakin biz "göz-gözə, diş-dişə" cavab vermək istəmirik. Bu bizim yanaşmamız deyil. Biz hər zaman ağılın səsinə qulaq asmağa çağırırıq".


Story Code: 407721

News Link :
https://www.islamtimes.org/az/news/407721/sergey-lavrov-moskva-qərbin-sanksiyalarına-cavab-verməyə-borcludur

Islam Times
  https://www.islamtimes.org