0
Tuesday 2 September 2014 - 21:20

İsrail 1000 hektar torpağı işğal edir

Story Code : 407846
İsrail 1000 hektar torpağı işğal edir
İşğalçı İsrail bəyan edib ki, işğal altında olan İordan çayının Qərb Sahilində 4 kvadrat kilometr Fələstin torpağını müsadirə edəcək.
ANS PRESS-in məlumatına görə, Beytlehemin cənubundakı ərazini ələ keçirmək barədə qərar, İsrailin 30 il ərzində etdiyi zəbt etdiyi ən böyük torpaqlardır.
The Wall Street Journal yazır: “Bu sionistlərin fələstinlərdən qisasıdır”.
Fələstinlilər deyiblər ki, İsrailə qarşı diplomatik addımlar atılmalıdır. ABŞ işğalçı İsraili bu qərardan geri dönməyə çağırıb.
Qaş Etzion ərazisindəki torpaqların zəbt edilməsi Gevatot adlanan məskunlaşmanın genişləndirilməsinə yol verir.
Fələstinin baş vasitəçisi Saeb Erekat deyib ki, dünya birliyi "İsrailin Qərb Sahilində və Şərqi Qüdsdə davam edən məskunlaşma fəaliyyətinə" görə İsraili məsuliyyətə cəlb etməlidir.
Eyni zamanda Reuters agentliyinin ABŞ Dövlət Departamentinin rəsmisindən gətirdiyi sitata görə İsrailin addımı "İsrailin bu addımı fələstinlilərlə iki dövlətli həll məqsədinə ziddir".
Fələstinlilər istəyirlər ki, dövlətləri İsrailin 1967-ci ildə zəbt etdiyi bütün torpaqları geri qaytarsın. Lakin, Qərb Sahilində tikilən 200-dən artıq məskunlaşmada artıq 500 000-ə yaxın yəhudi yaşayır. Beynəlxalq qanunvericiliyə görə, bu məskunlaşmalar qanunsuzdur.
Comment