QR CodeQR Code

İŞİD-i İsrail və ABŞ yaradıb

88 yaşlı siyasətçi deyib ki, mən əminəm ki, Yaxın Şərqdə İŞİD kimi təşkilatın yaranmasının əsas səbəbkarı İsrail və ABŞ-dır.

Abna , 4 Sep 2014 15:01

İslamtimes - Bu günlərdə NATO-nu faşist təşkilat adlandıran Kuba inqilabının lideri Fidel Kastro indi də İraq və Şam İslam Dövlətini (İŞİD) yaradanlar barədə qalmaqallı açıqlama verib.


O, bildirib ki, İŞİD-i İsrail və ABŞ yaradıb. 88 yaşlı siyasətçi deyib ki, mən əminəm ki, Yaxın Şərqdə İŞİD kimi təşkilatın yaranmasının əsas səbəbkarı İsrail və ABŞ-dır.

Onun sözlərinə görə İsrail Kəşfiyyat Xidməti MOSSAD ABŞ senatoru Con Makkeynlə əlaqəyə girərək İŞİD-i yaradıblar.

Əfsanəvi Fidel Kastro həmçinin Ukraynada baş verən hadisələrə də münasibət bildirib. Bu dəfə də NATO haqqında kəskin ifadələr səsləndirən təcrübəli siyasətçi deyib ki, bir çox insanlar NATO-nun Avropadan olan təmsilçilərinin bəyanatların eşidəndə təəccüb edirlər. Onlar düşüncə tərzinə və özünü ifadə manerasına görə nasistləri xatırladırlar.


Story Code: 408210

News Link :
https://www.islamtimes.org/az/news/408210/işid-i-israil-və-abş-yaradıb

Islam Times
  https://www.islamtimes.org