QR CodeQR Code

Rusiya İsrail rejimini Şərqi Qüdsün işğalını dayandırmağa çağırır

18 Oct 2010 21:22

IslamTimes - Rusiya, İsrail rejimindən Şərqi Qüdsdə fələstinlilərin evlərini dağıdaraq sionist gəlmələri üçün qanunsuz yaşayış yerləri inşasını dayandırmağı tələb edib.


Bu barədə Rusiya Xarici İşlər Nazirliyi tələb irəli sürüb.
Məlum olduğu kimi, sionist İsrail rejiminin qondarma Tikinti nazirliyi oktyabrın 15-dən etibarən Şərqi Qüdsdə qanunsuz olaraq 238 yaşayış yerinin inşa edilməsi barədə tender elan edib.
“Moskva İsrailin bu planlarını olduqca böyük narahatlıq və təəssüflə qarşıladı. Bu plan tam olaraq Yaxın Şərqdə sülhə nail olunması üçün atılan addımlara və göstərilən beynəlxalq təşəbbüslərə ziddiyət təşkil edir”, - deyə Rusiya XİN-dən bildirilib. /abna/


Story Code: 40834

News Link :
https://www.islamtimes.org/az/news/40834/rusiya-israil-rejimini-şərqi-qüdsün-işğalını-dayandırmağa-çağırır

Islam Times
  https://www.islamtimes.org