0
Monday 18 October 2010 - 21:38

Mərakeş kralı Şimon Peres ilə görüşü rədd etdi

Story Code : 40835
Mərakeş kralı Şimon Peres ilə görüşü rədd etdi
Mərakeş kralı Şimon Peres ilə görüşü rədd etdi
IslamTimes - Mərakeş kralı VI Məhəmməd bu ölkəyə gələcək sionist İsrail rejiminin qondarma prezidenti Şimon Peres ilə görüşməkdən imtina edib və bu təklifi rədd edib, - “İslamNyus” xəbər verir.
Peres Ümumdünya İqtisadi Forumunun Mərakeşdə keçiriləcək iclası çərçivəsində bu ölkəyə gəlmək və kral VI Məhəmməd ilə görüşmək niyyətində idi. Krala artıq bununla bağlı müraciət olunduğu da bildirilir. Kral isə öz növbəsində cavab məktubu yazıb və bu görüşü keçirmək niyyətində olmadığını açıqlayıb.
Sionist tərəfi Mərakeş kralının bu addımını onların Fələstində yürütdüyü siyasətə etiraz olaraq qarşılayıb. Peres isə cavabında bildirib ki, ümumiyyətlə Mərakeşə getməyəcək.
Comment