0
Saturday 6 September 2014 - 10:17

Cəbhə xəttində gərginlik

Story Code : 408456
Cəbhə xəttində gərginlik
Cəbhə xəttində gərginlik
Müdafiə Nazirliyinin mətbuat xidmətindən İslamazeri.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Baş Qərvənd, Sarıcalı, Şuraabad kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Source : Islamazeri
Comment