0
Saturday 6 September 2014 - 10:20

Rusiya NATO-nu hədələdi

Story Code : 408457
Rusiya NATO-nu hədələdi
ANS PRESS-in məlumatına görə, Rusiya XİN-in verilən açıqlamasında bildirilir ki, sammitdə çıxarılan qərarlar NATO-nun, ABŞ və bir-neçə Avropa ölkəsinin diqtə etdiyi siyasəti yürütdüyünü göstərir.
 
Rəsmi Moskva hesab edir ki, NATO-nun, ABŞ və Sülh Naminə Tərəfdaşlıq ölkələrinin Ukrayna məsələsində tutduğu mövqe bölgədəki gərginliyi artıracaq:
 
"Ukrayna mövzusunda çıxarılan qərarlar və verilən açıqlamaların tonu və xüsusiyyəti NATO-ya üzv ölkələrin Kiyevlə Ukrayna torpaqlarında bu ilin sonuna qədər ortaq hərbi manevr etmə planlarıyla birləşincə gərginliyin artmasının qaçılmaz olduğu görünür. Bu addımlar, Ukraynadakı sülh prosesini təhlükəyə atacağı kimi, cəmiyyətdə də bölünmə meyllərini qızışdıracaq".
 
Rusiya XİN-i NATO sammitində çıxarılan qərarların detallı şəkildə təhlil olunacağını bildirib.
Comment