QR CodeQR Code

İran Azərbaycanın 10 ali məktəbinin diplomunu tanıdı

19 Oct 2010 08:05

IslamTimes - İran Elm Nazirliyi Azərbaycanın 10 ali təhsil müəssisəsində tədrisin keyfiyyətinin qiymətləndirilməsini aparıb və bu təhsil müəssisələrinin verdiyi diplomları tanıyır.


İranın Elm, Texnologiya və Araşdırmalar Nazirliyinin tələbələr üzrə idarəsinin direktoru Məhəmməd Hüseyn Məclisara bildirib ki, indiyədək Elm Nazirliyi Azərbaycanın 10 ali təhsil müəssisəsində tədrisin keyfiyyətinin qiymətləndirilməsini aparıb və bu təhsil müəssisələrinin verdiyi diplomları tanıyır. Məlumatı İranın MEHR xəbər agentliyi yayıb.
Məclisara deyib ki, İranın Elm, Texnologiya və Araşdırmalar Nazirliyi Bakı Dövlət Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin və Azərbaycan Dövlət Neft Akademiyasının bütün təhsil pillələrində, Azərbaycan Milli Elmlər Akademiyasının doktorluq pilləsində, Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının incəsənət və rəssamlıq ixtisasları üzrə magistr pilləsinədək, Azərbaycan Texniki Universitetinin, Naxçıvan Dövlət Universitetinin və Xəzər Universitetinin iqtisadiyyat, idarəetmə, memarlıq, mühəndislik, hüquq və incəsənət fakültələri üzrə bakalavr pilləsinədək olan diplomlarını tanıyır.
Məclisara əlavə edib ki, Azərbaycanın digər ali təhsil müəssiəslərində hələlik bu qiymətləndirmə işləri aparılmayıb. /Trend/


Story Code: 40856

News Link :
https://www.islamtimes.org/az/news/40856/iran-azərbaycanın-10-ali-məktəbinin-diplomunu-tanıdı

Islam Times
  https://www.islamtimes.org