0
Monday 8 September 2014 - 07:04

ŞOK! İŞİD amerikalı jurnalistin başını kəsməyib

Story Code : 408723
ŞOK! İŞİD amerikalı jurnalistin başını kəsməyib
Öldürülən amerikalı jurnalist Stiven Sotlof Suriyada hakimiyyət qüvvələrinə qarşı döyüşüb.
Axar.az İran mətbuatına istinadən xəbər verir ki, Stiven Sotlofun İsrail vətəndaşlığı olub.
O, ərəb ölkələrinə gediş-gəliş üçün Amerika pasportundan istifadə edib. İsrail mediası Stiven Sotlofun ölümünə şübhə edərək onun Suriyadakı fotolarını yayımlayıb. Media onun edam olunması səhnəsini gülünc nümayiş adlandırıb. 
Media video-çarxın iki ayrı məkanda çəkildiyini bildirib. Çünki bu videoda İŞİD terrorçusunun kölgəsi var. Amma Stivenin kölgəsi görsənmir. Stivenin mikrofonundan onun səhrada deyil, studiyada olduğu bəlli olur. İran mətbuatı bu videonun prodüser, rejissor və montaj edənini Amerika olaraq dəyərləndirib.
Qeyd edək ki, bir müdət öncə “İraq və Şam İslam Dövləti” terror təşkilatı Amerikanın “Time”  və “Foreign Policy” jurnallarının müxbiri, 31 yaşlı Stiven Sotloffun başının kəsildiyinin əks olunduğu videogörüntüləri yayıb.
Comment