0
Monday 8 September 2014 - 16:29

Yəməndə milyonlarla Əhli-Beyt (ə) arıdıcılı kütləvi aksiyalara başlayıb

Story Code : 408795
Yəməndə milyonlarla Əhli-Beyt (ə) arıdıcılı kütləvi aksiyalara başlayıb
Üçüncü mərhələsinə daxil olan etirazlarda prezident Abed Rabo Mənsur Hadinin istefası tələb olunur, - Yaxn Şərq mənbələri.
 
Hazırda etirazlar paytaxr və vilayətlərin əksər meydanlarına yayılıb. Etirazlara Husi hərəkatının tələblərini araşdıran dövlət komitəsi tərəfindən sonda bu tələblərin qəbul edilməməsi səbəb olub. Hərəkat ölkədə korrupsiyaya son qoyulıması, siyasi və sosial problemlərin həllini,milli dialoqun bərpası və bu kimi mühüm tələblərlə çıxış edir.
 
Etirazçılar oturaq aksiyalara başlayır. Onlar meydan və küçələrə çadırlar quraraq etirazlarını daimi müstəviyə keçirməkdədirlər. Hal-hazırda narazı vətəndaşlar paytaxt Sənada yolları bağlayıb, hərbi texnikanın meydanlara giriş və çıxışlarına imkan verilmir. Etirazlara rəhbərlik edən Husi Hərakatının liderlərindən Məhəmməd əl-Buhayti açqlamasında bildirib ki, aeroport yolunu bağlayan husilərə qarşı təhlükəsizlik qüvvələrinin zorakılıqdan istifadə etməsinə baxmayaraq paytaxt Sənanın cənub və qərbindəki yollar hər cür texnikanın hərəkəti üçün bağlanılıb. Yolların nə qədər bağlı saxlanılacağı mövzusunda məlumat verməyən Buhayti deyib: "Bu addım hökumətin devrilməsi, maye yanacağa dövlət dəstəyini ləğv etmə qərarının ləğvi və milli dialoq konfransında alınan qərarların icra olunması tələblərimizə dövlətin lazımlı mövqe sərgiləməməsinə qarşı atılmış bir addımıdır".
 
Məlumatlara görə, Sənada aeroport yolunu bağlayan Husilərə təhlükəsizlik qüvvələrinin müdaxilə etməsi nəticəsində 1 nəfər ölüb, 40 nəfər yaralanıb.  
 
Bir qədər əvvəl isə hərəkat Sənadə nazirlik və hökumət binalarının qarşısında çadırlar qurmağa başlayıb.
Enerji və Rabitə Nazirliyi kimi bir sıra dövlət idarələrinin qarşısında çadır quran və oturaq aksiyalar təşkil edən Husilər vaxtaşırı hökumətlə yanaşı işğalçı İsrail rejimi və ABŞ əleyhinə də şüarlar səsləndirir. Bölgədə nəzarət məntəqələri formalaşdıran fəallar ''vətəndaş itaətsizliyi'' aksiyalarını davam etdirir.  /Deyerler/
Comment