QR CodeQR Code

“Rusiyanın qoşunlarının və texnikasının Ukraynadan çıxarılmasına dair razılaşma var”

10 Sep 2014 12:29

IslamTimes - Almaniya XİN rəhbəri: Kiyev və Moskva arasında Rusiyanın bütün qoşunlarının və texnikasının Ukrayna ərazisindən çıxarılmasına dair razılaşma var.


APA-nın “UNİAN”-a istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün Almaniya XİN rəhbəri Frank-Valter Ştaynmayer deyib.  Rusiya və Ukrayna arasında əldə olunmuş razılaşmaya əsasən, Rusiyanın Ukrayna ərazisində bu vaxtadək qalan bütün əsgərləri və texnikası çıxarılmalıdır. Beynəlxalq ictimaiyyət bunu diqqətlə izləyəcək”, deyə o qeyd edib.  
Frank-Valter Ştaynmayer əlavə edib ki, Rusiya Donbasda atəşkəsin tətbiq olunmasına dair  Minsk razılaşmasının icrasında öz tövhəsini verməyə borcludur. 


Story Code: 409049

News Link :
https://www.islamtimes.org/az/news/409049/rusiyanın-qoşunlarının-və-texnikasının-ukraynadan-çıxarılmasına-dair-razılaşma-var

Islam Times
  https://www.islamtimes.org