QR CodeQR Code

Rusiya, İran və Azərbaycan elektrik enerjisi sistemlərini sinxronlaşdırır

10 Sep 2014 14:32

IslamTimes - Rusiya İranda yeni elektrik stansiyaları inşa etmək niyyətindədir.


Deyerler.org-un məlumatına görə, bu barədə “Rossia-24” telekanalına müsahibəsində Rusiyanın energetika naziri Aleksandr Novak bildirib. 
Nazir bildirib ki, İranın “Tavanir” şirkəti və Rusiyanın “Texnopromeksport” şirkətləri İranda elektroenergetika sahəsində layihələrin həyata keçirilməsi dair saziş imzalayıb. Novak bildirib ki, söhbət ümumilikdə 3 qiqavat gücündə elektrik stansiyalarının inşasından gedir.
Nazir bildirib ki, hazırda Rusiya, İran və Azərbaycanın elektrik enerjisi sistemlərinin sinxronlaşdırılması istiqamətində planlar mövcuddur. Onun sözlərinə görə, hazırda Rusiyanın elektrik enerjisinin Azərbaycan üzərində İrana ötürülməsi istiqamətində müzakirələr aparılır.


Story Code: 409068

News Link :
https://www.islamtimes.org/az/news/409068/rusiya-iran-və-azərbaycan-elektrik-enerjisi-sistemlərini-sinxronlaşdırır

Islam Times
  https://www.islamtimes.org