QR CodeQR Code

NATO yerli vətəndaşları vurdu: 12 ölü, 13 yaralı

11 Sep 2014 10:12

IslamTimes - Əfqanıstanın Kunar şəhərində NATO tərəfindən təşkil edilən hava hücumunda ikisi Taliban yaraqlısı olmaqla 14 adam həlak olub, 13 adam isə yaralanıb.


Axar.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Kunar qubernatoru Şuca Almülk Cəlalə verdiyi açıqlamada Narang mahalında dünən başlayan hərbi əməliyyat əsnasında Taliban yaraqlılarının hücumuna məruz qalan əfqan və beynəlxalq qüvvələrə aid əsgərlərin NATO-dan hava dəstəyi istədiyini bildirib.
Cəlalə Əfqanıstanda olan NATO qüvvələri tərəfindən əməliyyat bölgəsinə təşkil edilən hava hücumunda 4-ü uşaq, 3-ü qadın olmaqla 12 yerli vətəndaşın həlak olduğunu, 13 vətəndaşın isə yaralandığı qeyd edib.
Hücumda 2 yaraqlının da öldüyünü açıqlayan Cəlalə Narang mahalında tez-tez əfqan qüvvələri və yaraqlılar arasında qarşıdurmalar olduğunu bildirib.
Əfqanıstandakı NATO qüvvələri isə hadisə ilə bağlı hələ ki, heç bir açıqlama verməyib.


Story Code: 409161

News Link :
https://www.islamtimes.org/az/news/409161/nato-yerli-vətəndaşları-vurdu-12-ölü-13-yaralı

Islam Times
  https://www.islamtimes.org