0
Thursday 11 September 2014 - 10:22

ABŞ ilə İsrail rejiminin iş birliyi iflas etdi

Story Code : 409165
ABŞ ilə İsrail rejiminin iş birliyi iflas etdi
Axar.az xəbər verir ki, bu iddia ilə İsrail rejiminin “Maariv” qəzeti çıxış edib.
 Qəzetin verdiyi məlumata görə, İsrail rejiminin Raketdən Müdafiə Təşkilatı və ABŞ-ın Raketdən Müdafiə Agentliyinin Aralıq dənizində reallaşdırdığı “Arrov 2” sınağı uğursuzluqla nəticələnib.
Xatırladaq ki, dünən İsrail rejiminin Müdafiə Nazirliyi İsrail rejiminin Raketdən Müdafiə Təşkilatı ilə ABŞ-ın Raketdən Müdafiə Agentliyinin Aralıq dənizidə “Arrov 2” ballistik raketini sınaqdan keçirməsi ilə bağlı məlumat yaymışdı.
Comment