QR CodeQR Code

Fransızlar Sarkozini təqaüdə göndərməyə hazırlaşır

19 Oct 2010 22:49

IslamTimes - Fransada ümumilli tətillərin artıq altıncı gününə start verilib


Fransada ümumilli tətillərin artıq altıncı gününə start verilib, prezident Nikola Sarkozi isə təqaüd islahatlarının keçirilməsindən imtina etməyəcəklərini bildirir, - “Lenta” xəbər verir.
Fransada artıq bir həftədir ki, neft istehsalı zavodları bağlanıb. Ölkənin yüzlərlə yanacaq doldurma məntəqələri benzinsiz qalıb. Bununla yanaşı tətillər bitmək bilmir. Etiraz aksiyaları ölkənin 200 şəhərində baş qaldırıb.
Sarkozi bəyan edib ki, hakimiyyət təslim olmayacaq. O qeyd edib ki, etirazlara səbəb olsa da, bu islahatlar həyata keçirilməlidir. Qanun layihəsinə son səsvermə bu həftə Senatda keçiriləcək. /Deyerler/


Story Code: 40930

News Link :
https://www.islamtimes.org/az/news/40930/fransızlar-sarkozini-təqaüdə-göndərməyə-hazırlaşır

Islam Times
  https://www.islamtimes.org