QR CodeQR Code

Ərdoğandan İsrailə sərt cavab

19 Oct 2010 23:26

IslamTimes - Bu həftə Afinada iqlim dəyişikliyinə həsr edilmiş Ağdəniz Konfransı ərəfəsində Türkiyə-İsrail gərginliyi daha da artıb.


CNN Türk-ün verdiyi məlumata əsasən, Yunanıstan televiziyasına müsahibə verən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, İsrailin baş naziri Binyamin Netanyahunun da iştirak edəcəyi konfransa qatılmayacağını bəyan edib: “Silahlı müdaxilə ilə qürur duyan bir baş nazirlə eyni tədbirə qatılmaram”.
Qeyd edək ki, hələlik İsrail tərəfi Ağdəniz Konfransında iştirakını rəsmən təsdiqləməyib. /HaqqYolu/


Story Code: 40934

News Link :
https://www.islamtimes.org/az/news/40934/ərdoğandan-israilə-sərt-cavab

Islam Times
  https://www.islamtimes.org