QR CodeQR Code

BƏZİ HƏQİQƏTLƏR14 ƏSRDƏN SONRA ÜZƏ ÇIXA BİLƏR

2 May 2009 11:21

Dünya, İslam dininin 14 əsr bundan öncə verdiyi “Donuzdan uzaq olun” hökmünün mahiyyətini anlamağa fürsət tapmışdır.


Ötən həftədən etibarən yayılan “donuz qripi” xəbəri bütün dünyanın diqqət mərkəzindədir. İlk öncə dünyanın ən iri meqapolisi sayılan Mekiskanın paytaxtı Mexikoda başlayan bu xəstəlik dünyanın bir neçə ölkəsinə yayılmış və yayılmaqdadır. Artıq bu virus yüzlərlə insanı yoluxdurmuş, onlarla insanın həyatına isə son qoymuşdur. «A/H1N1 adlandırılan virus insan, donuz və quş qripi viruslarının bir-birlərinə qarışmasından əmələ gəlib. Buna görədə viruslara həm insanların, həm quşların, həm də donuzların yoluxması mümkündür. Virus əsasən tənəffüs yolu və donuz əti ilə yayıla bilir. Mütəxəssislərin söylədiklərinə görə xəstəliyə yoluxanlar, özlərini əzgin, yorğun hiss edir, onların boğazları qaşınır, əzələləri ağrıyır və bu tip xəstələrdə quru öskürək müşahidə olunur. Artıq Mekiska, Amerika, Kanada və s. ölkələrdə bu virusa yoluxanlar aşkar edilmiş, Yaponiya, İspaniya, Çin və s... bir sıra ölkələrdə isə qabaqlayıcı tədbirlər görülməyə başlanılmışdır.
Azərbaycana gəldikdə isə Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli aprelin 27 –də verdiyi bəyanatda bildirmişdir ki hələlik Meksika və ABŞ – dan heyvan mənşəli məhsulların gətirilməsinə qadağa qoymaqla kifayətlənirik çünki Azərbaycanda «Donuz qripi» virusunun heç bir əlamətinə rast gəlinməyib.
Qeyd etmək lazımdır ki, «Donuz qripi»nə qarşı hələlik heç bir peyvənd olmasada, hal- hazırda Dünya Sağlamlıq Təşkilatı bu peyvəndi hazırlamaqla məşğuldur. Lakin verilən məlumatlara görə «quş qripi»nə qarşı təsirli olan Tamiflu və Relenza kimi dərmanlar «donuz qripi»nə yoluxanlara da müsbət təsir edə bilər. Əgər xəstəlik vaxtında aşkarlanarsa onda xəstəliyi sağaltmaq mümkündür. 

IslamTimes
Redaksiya ilə əlaqə ünvanı: info@az.islamtimes.org
Materialdan istifadə edərkən, “İslamTimes”-a istinad zəruridir.


Story Code: 4098

News Link :
https://www.islamtimes.org/az/news/4098/bəzi-həqiqətlər14-əsrdən-sonra-üzə-çixa-bilər

Islam Times
  https://www.islamtimes.org