QR CodeQR Code

Rusiya Krımdakı silahlı qüvvələrinin sayını artırır

17 Sep 2014 08:05

IslamTimes - “Ukraynadakı vəziyyət gərginləşib və sərhədlərimiz yaxınlığında xarici ölkələrin hərbi mövcudluğu güclənib”.


APA - nın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.
Onun sözlərinə görə, Krımın yüksək döyüş qabiliyyətinə malik hərbi birləşmələrlə təmin olunması prioritet məsələdir.
Nazir bildirib ki, Ukraynadakı vəziyyət və bölgədəki proseslər Krımdakı qüvvələrin möhkəmləndirilməsini tələb edir: “Ukraynadakı vəziyyət gərginləşib və sərhədlərimiz yaxınlığında xarici ölkələrin hərbi mövcudluğu güclənib”.
Qeyd edək ki, Ukrayna hökuməti də Krımdan rus qoşunlarının hərəkətə keçəcəyindən narahatdır. Artıq Xerson vilayətinin Novaya Kaxovka şəhəri yaxınlığında 3 kilometr uzunluğunda səngərlər qazılıb.


Story Code: 410089

News Link :
https://www.islamtimes.org/az/news/410089/rusiya-krımdakı-silahlı-qüvvələrinin-sayını-artırır

Islam Times
  https://www.islamtimes.org