QR CodeQR Code

Obama İŞİD-ə savaş açmaqla Konstitusiyanı pozub

17 Sep 2014 08:29

IslamTimes - “Obama sələfi Buşdan daha imperial təkəbbürə malikdir”.


Axar.az xəbər verir ki, amerikalı hüquqşünas, professor Brus Akerman “Nyu York Tayms” qəzetində Obamanın Konstitusiyanı pozduğu iddiası ilə çıxış edib. Müəllif Obamanın İŞİD-ə qarşı müharibə elan etmək üçün Konqresin heç bir razılığını almadığını deyib. Həmin məqaləni təqdim edirik:
“Corc Buş Əfqanıstan və İraqa hücum üçün Konqresin razılığını almışdı. Obama isə İŞİD-ə qarşı savaş aparmaq üçün heç bir razılıq almayıb. İddialara görə, Obamanın Konqresdən razılıq istəməməsi 11 sentyabr 2001-ci il hücumu ilə əlaqəlidir. Konqres həmin hücumdan sonra Əl-Qaidəyə qarşı mübarizə aparmağa razılıq verib və İŞİD-ə qarşı əməliyyatlara başlamaq üçün yenidən təsdiqə ehtiyac yoxdur. Obama sələfi Buşdan daha imperial təkəbbürə malikdir.
Lakin 2001-ci ildəki razılıq indiki dövrdə qüvvədə ola bilməz. O qərar yalnız 11 Sentyabr hücumunu hazırlayıb-dəstəkləmiş dövlətlərə və təşkilatlara aid olub. Obama hökumətinin İŞİD-in Əl-Qaidə ilə əlaqələrinin olması iddiası da bu hücumların razılıqsız həyata keçirilməsinə imkan vermir. İŞİD-in Əl-Qaidə ilə əlaqəsi yoxdur, əksinə, rəqabət şəraitindədilər.
1973-cü ildə qəbul edilən yeni qanuna görə, ABŞ prezidenti müharibənin başladığı 60 gün ərzində Konqresdən razılıq almalıdır. Əgər əməliyyatlar uğurlu olmazsa, 30 gün ərzində qoşunlar geri çəkilməlidir. ABŞ hökuməti 8 avqustda İŞİD-ə qarşı əməliyyatların başladığını açıqlayıb və qanuna görə, Konqresdən razılıq alma müddəti 7 oktyabrda sona çatır. Lakin Obama və digər rəsmilər çıxışlarında bu qanundan söz belə etməyiblər. Belə bir addım atan Obama Buş dövründəki sui-istifadələrə son verməklə bağlı sözünü tutmamış olacaq. Bundan əlavə, Obama ABŞ Konstitusiyanı da pozacaq”.


Story Code: 410099

News Link :
https://www.islamtimes.org/az/news/410099/obama-işid-ə-savaş-açmaqla-konstitusiyanı-pozub

Islam Times
  https://www.islamtimes.org