QR CodeQR Code

Vaşinqton İraqa girmək istəmədiyini iddia etdi

17 Sep 2014 08:43

IslamTimes - ABŞ Müdafiə Naziri: “Vaşinqton İraqda döyüşmək niyyətində deyil”


APA-nın “Russia Today”-a istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın müdafiə naziri Çak Heygel deyib. O, hazırda İraqda 1600-ə qədər amerikalı hərbi məsləhətçinin olduğunu da qeyd edib.
“Amerika ordusunun İraqda hərbi missiyası yoxdur. Bizim məqsədimiz İraq və kürd ordusuna yardım etməkdir. Bu asan olmayacaq. Biz indi həm İŞİD həm də “Əl Qaidə” ilə mübarizə aparırıq”, deyə Heygel vurğulayıb.
ABŞ müdafiə naziri Mərkəzi Komandanlıq tərəfindən Suriyadakı İŞİD qüvvələrinə qarşı uğurlu mübarizə aparmaq üçün lazımi planın hazırlandığını da bildirib.
Qeyd edək ki, Suriyadakı İŞİD qüvvələrinə qarşı səmərəli mübarizə üçün xüsusi planın hazırlandığını ABŞ yüksək rütbəli hərbi rəsmisi  Martin Dempsi də təsdiq edib: "Biz İŞİD-in  Suriyadakı məntəqələrinə zərbələr endirməyə hazırlaşırıq və təbii ki, bu hücum İŞİD-ə ağır zərbə olacaq və onun döyüş imkanlarını aşağı salacaq”.
"Bu plana şok və təşviş yaradacaq bir kampaniya kimi baxmaq olmaz. Planda nəzərdə tutulan əməliyyatlar davamlı olacaq”, deyə o əlavə edib.
Xatırladaq ki, Hillari Klinton və bir neçə ABŞ rəsmisi Əl-Qaidə, İŞİD-in Amerikanın özü tərəfindən təsis edildiyini rəsmi şəkildə bəyan ediblər!


Story Code: 410101

News Link :
https://www.islamtimes.org/az/news/410101/vaşinqton-iraqa-girmək-istəmədiyini-iddia-etdi

Islam Times
  https://www.islamtimes.org