QR CodeQR Code

ABŞ “İŞİD”-in Bağdad yaxınlığındakı mövqelərinə hava zərbələri endirib

18 Sep 2014 09:13

IslamTimes - ABŞ aviasiyası ötən gün “İŞİD” qüvvələrinin Bağdad yaxınlığındakı mövqelərinə zərbələr endirib.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında deyilir.
Məlumata görə, son iki gündə ABŞ aviasiyası “İslam Dövləti” qüvvələrinin Bağdad yaxınlığındakı mövqelərinə üç zərbə endirib. Zərbələr nəticəsində bir qrup silahlı, zenit qurğusu və iki qayıq məhv edilib.  
Bundan başqa, aviasiya Ərbil yaxınlığında silahlıların yük maşınını və atəş nöqtəsini məhv edib. Ümumilikdə, ABŞ aviasiyası “İŞİD” qüvvələrinin İraqdakı mövqelərinə 167 zərbə endirib.


Story Code: 410106

News Link :
https://www.islamtimes.org/az/news/410106/abş-işid-in-bağdad-yaxınlığındakı-mövqelərinə-hava-zərbələri-endirib

Islam Times
  https://www.islamtimes.org