0
Friday 19 September 2014 - 19:52

Milan 2015-2016 Çempionlar Liqasının finalına ev sahibliyi edəcək

Story Code : 410486
Milan 2015-2016 Çempionlar Liqasının finalına ev sahibliyi edəcək
Apasport.az saytının məlumatına görə, bu barədə qərarları UEFA-nın İcraiyyə Komitəsi verib.
2016-cı ildə Çempionlar Liqasının finalına Milan ev sahibliyi edəcək. Mayın 28-də baş tutacaq qarşılaşma “Cüzeppe Meattsa” stadionunda keçiriləcək.
Avropa Liqasının finalı isə 10 gün əvvələ planlaşdırılıb. Həmin oyun İsveçrənin Bazel şəhərindəki “Sent Yakob Park” stadionunda təşkil olunacaq.
UEFA Superkuboku isə avqustun 9-da keçiriləcək. Bu matça Norveçin Tronheym şəhəri ev sahibliyi edəcək. Qarşılaşma “Lerkendal” stadionunda oynanılacaq.
Comment