QR CodeQR Code

BMT: Pakistanda 7 milyon insan evsiz qalıb

20 Oct 2010 16:45

IslamTimes - BMT Pakistan tarixinin ən böyük təbii fəlakətinin üzərindən 3 aya yaxın müddət keçməsinə baxmayaraq, 7 milyon insanın hələ də bir sığınacaqdan məhrum olaraq yaşamaq məcburiyyətində olduğunu açıqlayıb.


Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stakey Vinston İslamabadda təşkil etdiyi mətbuat konfransında fəlakətin böyüklüyünə diqqəti çəkərək, sellərin üzərindən 3 ay keçməsinə baxmayaraq, 7 milyon insana hələ sığınacaq təmin edilə bilinmədiyini, 14 milyon insanın da təcili yardıma möhtac olaraq həyatını davam etdirdiyini söyləyib.
Vinston beynəlxalq yardımların ümumi ehtiyacın yalnız 35 %-ni ödədiyini bildirib. Vinston BMT-nin dünya dövlətlərinə 2 milyard dollarlıq yardım çağırışını yeniləyərək, bir daha xatırlatma edib.
Xatırladaq ki, Pakistanda iyul ayında yağan musson yağışlarının nəticəsində əmələ gələn sel daşqınları zamanı 2 mindən çox insan həyatını itirib, 6,5 milyon ev sular altında qalıb, milyonlarla insan isə fəlakətdən əziyyət çəkir. /Deyerler/


Story Code: 41079

News Link :
https://www.islamtimes.org/az/news/41079/bmt-pakistanda-7-milyon-insan-evsiz-qalıb

Islam Times
  https://www.islamtimes.org