0
Sunday 21 September 2014 - 14:29

İŞİD mediası: Türk girovlar Bağdadinin əmri ilə azad edildi

Story Code : 410851
İŞİD mediası: Türk girovlar Bağdadinin əmri ilə azad edildi
İŞİD mediası: Türk girovlar Bağdadinin əmri ilə azad edildi
İslamazeri.az-ın İŞİD mediasına istinadən verdiyi xəbərə görə, Türkiyə mediasında hökümətin İŞİD qarşısında qəhrəmanlıqları vəsf edilərkən dünən və bu gün İŞİD bunun əleyhinə açıqlama verib.

Birinci açıqlamada bildirilirdi ki, İŞİD-ə qarşı heç bir əməliyyat keçirilməyib və 49 türk diplomatın 101 gün sonra ikitərəfli müzakirələr nəticəsində azad edilib.

Bu gün isə İŞİD mediası İŞİD rəsmilərindən birinin açıqlamasını yayıb.

Açıqlamada deyilir: "Girovlar xəlifə İbrahimin (Əbu Bəkr Bağdadi) əmri ilə, Türkiyə hökümətinin İŞİD-ə qarşı koalisiyaya daxil olmayacağını açıqladıqdan sonra azad edilib."

Xatırladaq ki, İŞİD mediası birmənalı olaraq İŞİD-ə qarşı heç bir əməliyyatın olmadığını bildirirlər.
Source : Islamazeri
Comment