QR CodeQR Code

Livan ordusu Suriya ilə sərhəddə 11 silahlı məhv edib

21 Sep 2014 15:11

IslamTimes - Livan ordusu Suriya ilə sərhəddəki Curud Ərsal aşırımında 11 silahlı məhv edib.


Silahlı qrup Suriya ərazisindəki Kələmum yaşayış məntəqəsi istiqamətində hərəkət edirmiş  
Bu arada Livan ordusu silahlıların Ərsal ətrafındakı mövqelərini artilleriyadan atəşə tutub. Əməliyyatda döyüş helikopterləri də iştirak edib.   
Qeyd edək ki, gecə Bəəlbek şəhərinin şərqində terrorçu-kamikadze mina quraşdırılmış avtomobili “Hizbullah” qruplaşmasının blokpostu yaxınlığında partladıb. Nəticədə “Hizbulla”ın 3 döyüşçüsü həlak olub. /apa/


Story Code: 410859

News Link :
https://www.islamtimes.org/az/news/410859/livan-ordusu-suriya-ilə-sərhəddə-11-silahlı-məhv-edib

Islam Times
  https://www.islamtimes.org