QR CodeQR Code

Talibanla sülh müzakirələri Amerikanın “zəiflik” nişanəsidir

20 Oct 2010 18:22

IslamTimes - Pərviz Müşərrəf Vaşinqtonun Talibanla sülh müzakirələrini Amerikanın “gücsüzlüyü” kimi dəyərləndirdi.


Amerika Əfqanıstandakı müharibəyə və Pakistanda yaşanan siyasi böhrana son qoymaq üçün Taliban terror təşkilatı ilə müzakirələrə başlamaq niyyətindədir.
Farnsa xəbər agentliklərinin verdiyi xəbərə əsasən Pərviz Müşərrəf deyib: “Əgər ABŞ əvvəllər Taliban haqqında kifayət qədər araşdırma aparsaydı, hazırda Əfqanıstan qana boyanmazdı.”
Pakistanın vitse prezidenti Texasdakı çıxışı zamanı deyib ki, “Mən həmişə Talibanla aparılan bu sayaq mübarizə ilə müxalif olmuşam. Mənim əqidəmcə Talibanı tanıyaraq, onların daxilinə nüfuz etmək və onları daxildən dəyişmək lazımdır.”
Pərviz Müşərrəf sözlərinin davamında Amerikanın Əfqanıstandakı bacarıqsızlığına işarə edərək bildirib: “Amerikanın Talibanla müzakirəsi Ağ Evin zəiflik nişanəsidir.”
Qeyd edək ki, Amerikanın Əfqanıstana soxulmasından artıq 10 il keçir. Lakin Amerika 150 min silahlı ilə Əfqanıstanda hələ də sabitliyi bərqərar edə bilməyib. /PressTV/


Story Code: 41088

News Link :
https://www.islamtimes.org/az/news/41088/talibanla-sülh-müzakirələri-amerikanın-zəiflik-nişanəsidir

Islam Times
  https://www.islamtimes.org