QR CodeQR Code

İngiltərədə Səudiyyə şahzadəsinə ömürlük həbs!

21 Oct 2010 07:52

IslamTimes - Londonda oteldə köməkçisini öldürməklə suçlanan şahzadəyə İngiltərə məhkəməsi ömürlük həbs cəzası verdi


Londonda 5 ulduzlu bir oteldə köməkçisini öldürməklə suçlanan şahzadə Səud Əbdüləziz Bin Nasir Əl Səudun məhkəmə prosesi başa çatıb.
Səudiyyə şahzadəsinin öldürdüyü şəxs Bəndər Əbdüləziz onun sevgilisi və köməkçisi olub.
Yanvarın 22-də Əl Səudun Əbdüləzizi döyməsi barədə kadrlar yayımlanmışdı.
Fevralın 15-də Əbdüləzizin boynu qırıldıqdan sonra boğularaq öldürüldüyü məlum olmuşdu. Meyit şahzadənin qaldığı oteldə tapılmışdı.
Hadisə günü, sərxoş olan şahzadə Bəndər Əbdüləzizi yumruqlayaraq onun dişlərini qırıb. Daha sonra Əbdüləzizin boynunu da qıran şahzadə Bəndər Əbdüləzizi boğaraq öldürüb.
Otağındakı qan izlərini təmizləyib otel işçilərinə və polisə Əbdüləzizin öldüyünü bildirib.
Polis otelin təhlükəsizlik qeydlərində şahzadənin Əbdüləzizi döyməsi kadrlarını tapdıqdan sonra şahzadə ifadəsini dəyişdirib və günahını qəbul edib.
Şahzadə ancaq 20 il həbsdə yatdıqdan sonra qərardan şikayət verə bilər.
Məhkəmə, şahzadənin cəzasını çəkdikdən sonra İngiltərəyə sığınma tələbi haqqı olduğunu bildirib. Çünki bütün sübutlar şahzadənin mavi olduğunu göstərir. Belə olan halda isə şahzadə Ərəbistana qayıdacağı təqdirdə edam oluna bilər.


Story Code: 41104

News Link :
https://www.islamtimes.org/az/news/41104/ingiltərədə-səudiyyə-şahzadəsinə-ömürlük-həbs

Islam Times
  https://www.islamtimes.org